Prezident Messidən danışdı: İnanılmazdır!

Dünən, 11:34           
Prezident Messidən danışdı: İnanılmazdır!
Argentina Prezidenti Xavyer Miley Lionel Messinin milli karyerasını başa vurması haqda danışıb.

TEREF Qol.az-a istinadən xəbər verir ki, o, 39 yaşlı hücumçuya təşəkkür edərək futbolçunun həm meydanda, həm də meydandan kənarda göstərdiyi möhtəşəm performansları vurğulayıb:

“Səmimi qəlbdən təşəkkür edirəm, Lionel Messi. Səylərlə mümkünsüzə belə nail olmağın mümkün olduğunu dünyaya göstərdiyin, bizə meydanda və meydandan kənarda bəxş etdiyin hər şeyə görə təşəkkür edirəm. Messi inanılmazdır! İrəli, Argentina!”

Miley Messinin oyununu izləməkdən zövq aldığını da bildirib və argentinalı futbolçunu hər şeydə ən yaxşı hesab etdiyini deyib. O, həyatın uğursuzluqlardan qaçmaq deyil, bütün çətinliklərə baxmayaraq irəliləmək olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]