Montella ilə yollar ayrılır - 5 aylıq maaşını təzminat alacaq

Dünən, 00:08           
Montella ilə yollar ayrılır - 5 aylıq maaşını təzminat alacaq
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə yollarını ayıracaq.

Bu barədə “Milliyet” nəşri məlumat yayıb.

İtaliyalı mütəxəssisin aylıq maaşı 183 min avrodur. Federasiya ona 5 aylıq maaşını təzminat olaraq ödəyəcək. Ayrılığın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. “Ay-ulduzlular” UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında (Fransa - 0:1, İtaliya - 1:4, 1:3, Belçika - 0:3) uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]