Messi Argentina millisi ilə vidalaşdı - Video

7-10-2026, 09:08           
Messi Argentina millisi ilə vidalaşdı - Video
"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.

Oxu.Az xəbər verir ki, 39 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli komanda ilə vida matçını keçirib.
Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi Beninlə yoldaşlıq görüşü keçirib. Qarşılaşma 3:0 hesabı ilə cənubi amerikalıların qələbəsi ilə başa çatıb. Messi yığma komanda ilə son görüşündə bir qol və bir assistə imza atıb. Belə ki, Lionel Messi 70-ci dəqiqədə penaltidən komandanın üçüncü qolunu vurub. Görüşdə digər qolları 48-ci dəqiqədə Otamendi, 61-ci dəqiqədə Niko Pas vurublar. Qeyd edək ki, Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq matçında (2:1) edib. Ümumilikdə milli komandada 208 görüşdə 126 qol və 69 məhsuldar ötürməsi var. Messi Argentina yığması ilə 2022-ci il dünya çempionatını, iki dəfə Kopa Amerikanı (2021, 2024) və bir dəfə Finalissimanı (2022) qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]