Beynəlxalq Boks Assosiasiyası yeni turnirin yaradıldığını elan etdi: Qalib bir milyon dollar alacaq

7-10-2026, 15:18           
Beynəlxalq Boks Assosiasiyası yeni turnirin yaradıldığını elan etdi: Qalib bir milyon dollar alacaq
Beynəlxalq Boks Assosiasiyası (IBA) 2027-ci ildə zərbə gücü üzrə dünya çempionatına start verəcək.

TASS xəbər verir ki, bu barədə IBA prezidenti Umar Kremlyov mətbuat konfransında bildirib.

"Biz gələn il zərbə gücü üzrə "Punch" yarışlarına start veririk. Çempionları müəyyənləşdirəcəyik, burada da pul mükafatları olacaq. Boks həvəskarlarının da iştirak edə bilməsi üçün zərbəni ölçən aparatları bütün dünyaya yayacağıq", - deyə Kremlyov qeyd edib.

Kremlyov, həmçinin əlavə edib ki, növbəti dünya çempionatının mükafat fondu 20 milyon dollar təşkil edəcək, birinci yeri tutan boksçu isə bir milyon dollar mükafat alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]