İspaniya millisi Xorvatiyaya geridönüşlə qalib gəldi - Video

7-10-2026, 09:48           
İspaniya millisi Xorvatiyaya geridönüşlə qalib gəldi - Video
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Xorvatiya millisi doğma meydanda İspaniya yığmasını qəbul edib.

Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda Split şəhərində keçirilən qarşılaşmada qonaqlar qalib gəliblər - 1:2.

İspanlara qələbə qazandıran hər iki qolu Mikel Merino (61 və 89-cu dəqiqələr) vurub. Xorvatların yeganə qolunun müəllifi isə İvan Perişiç (18) olub. Qeyd edək ki, İvan Perişiç 79-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qrupda dörd oyundan sonra İspaniya millisinin 12 xalı var. Xorvatiya yığması isə 3 xal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]