Fransa Belçikanı darmadağın etdi: Millətlər Liqasında günün nəticələri
6-10-2026, 09:42
EFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, oyun günündə ümumilikdə 8 qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü A Liqasının I qrupunda Fransa və Belçika milliləri arasında keçirilib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı qonaqlar açıblar. 35-ci dəqiqədə Dode Lukebakio fərqlənib. Lakin bundan sonra fransızlar rəqib qapısından dörd top keçirərək qələbəni təmin ediblər. Fransa millisinin heyətində Dezire Due (77), Rayan Şerki (81) və Maykl Olise (88, 90+1) qollar vurublar.
Bu nəticədən sonra Fransa millisi qrupda keçirdiyi dörd oyunda 10 xal toplayıb. Belçika yığmasının hesabında isə 6 xal var.
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb: