Almaniya millisi Yunanıstanın öhdəsindən gələ bilmədi, Niderlanddan qələbə - Video

5-10-2026, 10:17           
Almaniya millisi Yunanıstanın öhdəsindən gələ bilmədi, Niderlanddan qələbə - Video
UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində Niderland Serbiyanı məğlub edib, Almaniya isə Yunanıstanla heç-heçə edib.

Oxu.Az xəbər verir ki, Niderland millisi doğma meydanda Serbiya yığmasını 2:1 hesabı ilə üstələyib.

Eyndhoven şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 31-ci dəqiqədə Tön Kopmeynersin qolu ilə hesabı açıblar. Serbiya cəmi dörd dəqiqə sonra Mixaylo Tsvetkoviçin qolu ilə hesabı bərabərləşdirib. Niderlandın hücumçusu Coşua Zirkze 72-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra Niderland 8 xalla A qrupunun 2-ci qrupunda liderliyini qoruyub. Serbiya isə 0 xalla sonuncu pillədədir.

Qrupun digər qarşılaşmasında Almaniya səfərdə Yunanıstanla 0:0 hesablı heç-heçə edib.

Beləliklə, Almaniya 4 turdan sonra 5 xal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]