Ferhat Gündoğdu vəzifəsindən istefa verdi

4-10-2026, 09:48           
Ferhat Gündoğdu vəzifəsindən istefa verdi
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu hakimlərlə bağlı araşdırma çərçivəsində həbs edilməsindən sonra vəzifəsindən istefa verib.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Prokurorluğunun MHK-yə qarşı başlatdığı "Hakimlər işi" üzrə istintaq çərçivəsində Ferhat Gündoğdu da daxil olmaqla yeddi nəfər saxlanılıb.

Onlardan Gündoğdu, Emre Kosif, Ferdi Karadoruk, Yunus Yıldırım və Alican Sağlar həbs ediliblər. Ahmet Şahin və Sebahattin Şahin barəsində isə məhkəmə nəzarəti tədbiri və ölkədən çıxış qadağası tətbiq olunub.

Ferhat Gündoğdunun vəkilləri tərəfindən yayılan açıqlamada bildirilib ki, məhkəməsi vəzifədən sui-istifadə və hədələmə ittihamları üzrə prokurorluğun həbs tələbini rədd edib, şəxsi məlumatların qanunsuz qeydə alınması ittihamı üzrə isə həbs qətimkan tədbiri seçib.

Vəkillər həmçinin Gündoğdunun MHK-nin işinə zərər dəyməməsi məqsədilə oktyabrın 3-dən etibarən MHK sədrliyindən istefa verdiyini və ərizənin federasiyaya təqdim edildiyini bildiriblər.

Qeyd edək ki, istintaq çərçivəsində İstanbul, Ankara, Elazığ və Manisada keçirilən əməliyyatlarda TFF-nin müxtəlif strukturlarında çalışan hakim, müşahidəçi və digər şəxslər saxlanılıb.

Araşdırmada bəzi şübhəlilərlə bağlı işgəncə və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı iddiaların olduğu bildirilib. İstintaqın qeyri-qanuni mərc və idman cinayətləri üzrə aparıldığı qeyd olunub.
oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]