Ronaldu azarkeşləri Portuqaliya millisindən üz döndərirlər

4-10-2026, 10:44           
Ronaldu azarkeşləri Portuqaliya millisindən üz döndərirlər
Portuqaliya millisinin rəsmi "Instagram" hesabı Kriştianu Ronaldunun yığmanı tərk etməsindən sonra 2 milyondan çox izləyici itirib.

Oxu.Az "Sports"a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında Norveçlə ilk oyundan sonra Portuqaliya millisinin "Instagram" hesabının izləyici say 25 milyondan 22.9 milyona düşüb.

Daha əvvəl Ronaldunun Millətlər Liqasında Norveçlə matçda meydana çıxmasına icazə verilməməsi səbəbindən komandanın baş məşqçisi Jorji Jezuşla münaqişə yaşadığı barədə məlumat yayılıb. Portuqaliya Futbol Federasiyasının rəhbəri bundan sonra təcili danışıqlar aparıb və münaqişənin aradan qaldırıldığı bildirilib.

Lakin Danimarka ilə oyunöncəsi mətbuat konfransında Jezus Ronaldunun bu qarşılaşmanı da buraxa biləcəyini istisna etməyib.

41 yaşlı Ronaldu milli komandada iki dünya rekorduna sahibdir. O, 146 qolla yığmalar tarixinin ən məhsuldar futbolçusudur və 234 oyunla milli formada ən çox matça çıxan oyunçudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]