"Turan Tovuz" - "Fənərbağça" matçında qəribə olay

4-10-2026, 00:11           
"Turan Tovuz" - "Fənərbağça" matçında qəribə olay
“Turan Tovuz”la Türkiyənin “Fənərbağça” klubu arasında bu gün keçiriləcək yoldaşlıq matçı üçün heyətlər açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyuna aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.

“Fənərbağça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaettin.

***

Matçın ilk hissəsinin gedişatında baş hakim Rəvan Həmzəzadə "Fənərbağça"nın oyunçusu Qrinvuda kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərdi. Bundan sonra oyunda xeyli fasilə yarandı. Belə ki, İstanbul təmsilçisinin oyunçuları və məşqçi heyətinin kəskin etirazı səbəbindən matç hələ də bərpa olunmayıb.

***

Matç bərpa olunub. "Fənərbağça" və "Turan Tovuz" rəsmilərinin razılığına əsasən, qırmızı vərəqə alan Qrinvudun yerinə oyuna Fəttahoğlu daxil olub. Hər iki komanda meydanda 11 nəfərlə mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]