Zidan Materatsini vurmasından danışdı: "Qürur duymuram, amma peşman da deyiləm"

2-10-2026, 16:38           
Zidan Materatsini vurmasından danışdı: "Qürur duymuram, amma peşman da deyiləm"
Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan 2006-cı il dünya çempionatının finalında italiyalı futbolçu Marko Materatsinin sinəsinə kəllə vurmasını xatırlayıb.

Bu barədə "Football Italia" nəşri xəbər verir.

Oktyabrın 2-də fransızlar onun rəhbərliyi altında Millətlər Liqası çərçivəsində İtaliya ilə qarşılaşacaqlar. Oyun ərəfəsində Zidan həmin tarixi hadisə barədə danışıb.

"O gündən bəri Materatsi ilə danışmamışam. Etdiyim hərəkətlə qürur duymuram, bunu həmişə demişəm, lakin eyni zamanda heç nəyə görə də peşman deyiləm. Bu, karyeramın bir hissəsidir.

Xoşbəxtlikdən, karyeram boyunca yalnız bu hadisə ilə yaddaşlarda qalmamışam. Müsbət məqamlar da çox olub. Belə xatirələr möhtəşəmdir və mən məhz onları xatırlamağa üstünlük verirəm. Axı yalnız möhtəşəm anlardan ibarət karyera qurmaq mümkün deyil" , - deyə baş məşqçi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]