Portuqaliya millisi qələbə seriyasını davam etdirdi - Nəticələr - Video
2-10-2026, 08:27
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Oxu.Az xəbər verir ki, bu oyun günündə 8 matç baş tutub.
Günün maraqla gözlənilən oyunlarından biri A Liqasının IV qrupunda Danimarka və Portuqaliya milliləri arasında keçirilib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:4.
Qalib komandanın heyətində Joau Kanselu (13-cü dəqiqə), Qonsalu Ramuş (25), Vitinya (67) və Joau Feliks (89) fərqləniblər. Ev sahiblərinin qollarını isə Mikkel Damsqor (23) və Rasmus Hoylund (53) vurublar.
Bu nəticə ilə Portuqaliya qrupda keçirdiyi üç oyunda maksimum xal toplayıb - 9. Danimarkanın hesabında isə 3 xal var.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: