Ronaldu milli karyerasını bitirir? - Qərarının dönməz olduğu iddia edildi

1-10-2026, 15:43           
Ronaldu milli karyerasını bitirir? - Qərarının dönməz olduğu iddia edildi
Kriştianu Ronaldunun Portuqaliya millisindəki gələcəyi ilə bağlı radikal qərar qəbul etdiyi bildirilir.

Bu barədə "O Jogo" nəşri xəbər verir.

Mənbələr təcrübəli hücumçunun bundan sonra yığmanın formasını geyinmək niyyətində olmadığını və bu qərarın dönməz xarakter daşıdığını iddia edirlər.

Hələlik nə Portuqaliya Futbol Federasiyası, nə də futbolçunun özü tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənib. Lakin yaranmış vəziyyət milli komandanın tarixində ən böyük qalmaqallardan birinə çevrilmək üzrədir.

Məlumata görə, Ronaldu baş məşqçi Jorje Jezuşun mətbuat konfransında ulduz hücumçunu Millətlər Liqasının Danimarka ilə matçında start heyətində meydana buraxmayacağını bildirməsindən sonra yığmanın düşərgəsini tərk edib. Ronaldu düşərgəni tərk edərkən komanda yoldaşlarının heç biri ilə sağollaşmayıb.

Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qola imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]