"Mançester Siti"nin fanatı olan nazirdən ŞOK sözlər: "siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!"

1-10-2026, 17:34           
"Mançester Siti"nin fanatı olan nazirdən ŞOK sözlər: "siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!"
Böyük Britaniyanın təhsil naziri Lusi Pauell "Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə bağlı açıqlama verib.

Sports.ru xəbər verir ki, nazir Leyboristlər Partiyasının qurultayındakı çıxışı zamanı azarkeşi olduğu "Mançester Siti"ni müdafiə edib və rəqib komandanın tərəfdarlarına sərt ifadələr işlədib.

"Mən özüm "Mançester Siti"yə azarkeşlik edirəm. Mənim kimi o da futbol dünyasında "göy", siyasətdə isə əsl "qırmızı"dır.

Mövzu futboldan düşmüşkən, bütün həftə boyunca sevinən o "Yunayted" azarkeşlərinə demək istəyirəm: siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!" - deyə Lusi Pauell bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]