İspaniya - Xorvatiya matçında beş qol vuruldu - VİDEO
30-09-2026, 10:28
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutub.
Günün mərkəzi oyunu A Liqasının III qrupunda İspaniya və Xorvatiya milliləri arasında keçirilib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qalib komandanın heyətində Lamin Yamal (2 və 63-cü dəqiqələr), Mark Pubil (31) və Niko Uilyams (89) fərqləniblər. Xorvatların təsəlli qoluna isə Dion Belye (28) imza atıb.
Bu nəticə ilə İspaniya qrupda keçirdiyi iki oyunda maksimum xal toplayıb - 6. Xorvatiyanın hesabında isə 3 xal var.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: