Braziliyada penalti qərarına etiraz etdilər, hakim tapança ilə qayıtdı - VİDEO

28-09-2026, 15:38           
Braziliyada penalti qərarına etiraz etdilər, hakim tapança ilə qayıtdı - VİDEO
Braziliyanın Kampu-Qrandi şəhərində uşaqlar arasında keçirilən futzal turnirinin oyunu zamanı hakim silah çıxarıb.

"Globo" xəbər verir ki, hadisə yaşı 12-dən yuxarı olmayan futbolçuların iştirak etdiyi qarşılaşma zamanı baş verib.

İnsidentin videoyazısında hakimin paltardəyişmə otağına tərəf qaçdığı, daha sonra isə əlində tapança ilə geri qayıtdığı görünür. Bundan sonra başqa bir şəxs onu saxlayıb.

Oyunçulardan birinin anasının sözlərinə görə, münaqişə tamaşaçıların təyin olunan penalti ilə bağlı hakimi tənqid etməsindən sonra yaranıb. 55 yaşlı hakim keçmiş hərbi polis əməkdaşıdır.

Polis protokolunda qeyd olunur ki, hakim valideynləri təhqir edib və onları əlbəyaxa davaya çağırıb.

Hadisə yerinə hərbi polis gəlib. Bununla belə, baş verənlər oyunun protokolunda öz əksini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]