Rafael Fiziyevlə döyüşmək istəyir: UFC döyüşçüsündən diqqətçəkən paylaşım - VİDEO

28-09-2026, 10:06           
Rafael Fiziyevlə döyüşmək istəyir: UFC döyüşçüsündən diqqətçəkən paylaşım - VİDEO
UFC-nin yüngül çəki dərəcəsində çıxış edən amerikalı döyüşçü Kris "Tako" Padilya növbəti görüşünü Azərbaycanın təmsilçisi Rafael Fiziyevlə keçirmək istədiyini bildirib.

Oxu.Az xəbər verir ki, Padilya "X" sosial şəbəkəsində Fiziyevin hesabını işarələyərək mişarla çəkilmiş video paylaşıb və "Gəlirəm!" yazıb.

Qeyd edək ki, o, daha əvvəl "The Casuals MMA" podkastında da azərbaycanlı döyüşçüyə çağırış edib.

30 yaşlı Padilyanın peşəkar MMA karyerasında 18 qələbəsi (9-u nokautla, 6-sı boğucu fəndlə), 6 məğlubiyyəti və 1 heç-heçəsi var. O, son döyüşündə Nasrat Haqparastı boğucu fəndlə məğlub edib.

33 yaşlı Fiziyevin hesabında isə 14 qələbə (9-u nokautla, 1-i boğucu fəndlə) və 5 məğlubiyyət var. Onun UFC-dəki göstəricisi 8 qələbə və 5 məğlubiyyətdir. Fiziyev sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirilən UFC turnirində keçirib və Manuel Torresi ikinci raundda nokautla məğlub edib. Bundan əvvəl o, İqnasio Baxamondesi məğlub edib, Maurisio Rüffiyə isə uduzub.

İdman
"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı - VİDEO

Hər iki döyüşçü əsasən muay-tay üslubuna üstünlük verir. UFC statistikasına əsasən, Padilya dəqiqədə orta hesabla 6.67, Fiziyev isə 4.71 dəqiq zərbə endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]