Erlinq Holand tarix yazdı - İbrahimoviç və Ronaldo Nazariodan üstün oldu

28-09-2026, 10:48           
Erlinq Holand tarix yazdı - İbrahimoviç və Ronaldo Nazariodan üstün oldu
Norveç millisinin hücumçusu Erlinq Holand beynəlxalq oyunlarda vurduğu qolların sayına görə Zlatan İbrahimoviç və Ronaldo Nazariodan üstün olub.

Oxu.Az xəbər verir ki, Holand UEFA Millətlər Liqasının Norveç - Portuqaliya qarşılaşmasının 51-ci dəqiqəsində özünün milli komandadakı 65-ci qolunu vurub.

O, bu göstəriciyə 57 oyunda nail olub.

İbrahimoviç İsveç millisində 122 oyunda 62, Ronaldo Nazario isə Braziliya yığmasında 98 oyunda 62 qol vurub.

Holand bununla Şimali Avropa ölkələri arasında milli komandalar səviyyəsində bütün dövrlərin ən məhsuldar kişi futbolçusu olub. Bu rekordu daha əvvəl 62 qolla İbrahimoviç saxlayırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]