Roberto Karlos milyonlarla sərvətini itirdi

28-09-2026, 00:06           
Roberto Karlos milyonlarla sərvətini itirdi
Braziliya millisinin və “Real Madrid”in ulduz futbolçularından olmuş Roberto Karlos müflisləşdiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, o, karyerasını bitirdikdən sonra əldə etdiyi milyonlarla pulu sürətlə itirdiyini bildirib.

“Corriere dello Sport”a danışan keçmiş futbolçu menecerləri və ailədaxili problemlər səbəbindən maliyyə ehtiyatlarının tükəndiyini deyib: “Böyük futbolla vidalaşmağa qərar verəndə məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziyam var idi və müxtəlif markalarla işləyirdim. Lakin menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Bir anda qucağıma bir topa sənəd verdilər və sərvətimi itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm”.

Qeyd edək ki, ötən ilin yanvarında keçmiş futbolçu 2009-cu ildə ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanmağa qərar verib. Həmin ərəfədə idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]