"Mançester Siti" və "Liverpul"dan qələbə

21-09-2026, 00:08           
"Mançester Siti" və "Liverpul"dan qələbə
İngiltərə Premyer Liqasının V turunda "Mançester Siti" "Sanderlend"i 5:3, "Liverpul" isə "Bornmut"u 1:0 hesabı ilə məğlub edib.

Referans Media xəbər verir ki, "Mançester Siti"nin "Etihad" stadionunda keçirilən görüşündə hesabı 9-cu dəqiqədə Enzo Fernandes açıb.

"Sanderlend"in hücumçusu Brayan Brobbi 12-ci dəqiqədə tarazlığı bərpa edib.

29-cu dəqiqədə Rayan Şerki "şəhərlilər"i yenidən önə keçirib. Brobbi 33-cü dəqiqədə ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Semenyo 43-cü dəqiqədə fərqlənərək "Mançester Siti"ni fasiləyə üstün yollayıb.


Semenyo 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Brobbi 59-cu dəqiqədə het-trik edərək fərqi minimuma endirib. Lakin 81-ci dəqiqədə Erlinq Holandın qolu "Mançester Siti"yə 5:3 hesablı qələbə qazandırıb.


"Mançester Siti" beş turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. "Sanderlend" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

"Bornmut" - "Liverpul" qarşılaşması isə "Vitaliti" stadionunda keçirilib. Görüşün yeganə qolunu 57-ci dəqiqədə "Liverpul"un hücumçusu Aleksander İsak vurub.

Bu qələbədən sonra "Liverpul" 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Bornmut" isə 3 xalla 16-cıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]