Arda Gülər İspaniyada gündəm oldu: "Real"ın ən yaxşısıdır"

18-09-2026, 15:48           
Arda Gülər İspaniyada gündəm oldu: "Real"ın ən yaxşısıdır"
“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin çıxışı İspaniya mətbuatında və futbol ictimaiyyətində müzakirə olunmaqda davam edir.

Demokrat.az "Hürriyet"ə istinadən xəbər verir ki, 6-cı turda “Elçe” ilə qarşılaşmada 3:2 hesablı qələbə qazanan Madrid klubunda Arda Gülər fərqlənən futbolçulardan biri olub. 21 yaşlı yarımmüdafiəçi möhtəşəm cərimə zərbəsi ilə komandasının qələbəsinə töhfə verib.

Ardanın oyundan sonra İspaniyada aldığı qiymət də diqqət çəkib. İspaniyalı şərhçi Albert Orteqa futbolçunun komandanın ümumi oyununa ciddi təsir göstərdiyini bildirib.

“Arda Gülər hazırda “Real Madrid”in ən yaxşı futbolçusudur. O, komanda yoldaşlarının da performansını yüksəldir. Qol vurmaq baxımından inanılmaz istedada malikdir”, deyə Orteqa vurğulayıb.

Şərhçi Ardanın oyun quruculuğundakı rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, futbolçu müdafiə və hücum xəttləri arasında hərəkət edərək komandanın hücumlarını istiqamətləndirir.

“Elçe” ilə görüşdə Arda cərimə zərbəsindən vurduğu qolla yanaşı, üç əsas ötürmə ilə də yadda qaldı. Ortega onun komanda yoldaşlarını düzgün mövqedə tapmaq bacarığının “Real Madrid”in ümumi oyununa müsbət təsir etdiyini bildirib.

Şərhçi həmçinin qeyd edib ki, Arda əvvəlcə Xabi Alonso tərəfindən orta sahədə sınanıb, lakin bu mövqedə onun üçün bəzi çətinliklər yaranıb. Hazırkı sistemdə isə türkiyəli futbolçunun potensialını daha yaxşı nümayiş etdirdiyi düşünülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]