İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i, "Arsenal" "İpsviç"i məğlub etdi - VİDEO

16-09-2026, 10:16           
İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i, "Arsenal" "İpsviç"i məğlub etdi - VİDEO
İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində "Liverpul" "Tottenhem Hotspur"la, "Arsenal" isə "İpsviç"lə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüş "Liverpul" 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Oyunda hesabı 21-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister açıb. 54-cü dəqiqədə Kodi Qakpo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. "Tottenhem"in yarımmüdafiəçisi Konor Qallaher 69-cu dəqiqədə fərqi azaldıb. Liverpulluların üçüncü qoluni isə Dominik Soboslay 90+1-ci dəqiqədə vurub.

"Arsenal"ın "İpsviç"in qonağı olduğu digər görüş 2:4 hesab ilə londonluların qələbəsi ilə başa çatıb.

Görüşün əvvəlində "Arsenal"ın 16 yaşlı hücumçusu Maks Doumen hesabı açıb. 16-cı dəqiqədə vinger Çukvununonso Maduereke qonaqların üstünlüyünü möhkəmləndirib. İkinci hissənin əvvəlində Doumen dublunu rəsmiləşdirib.

58-ci dəqiqədə Mikel Merino Doumenin ötürməsindən sonra London təmsilçisinin dördüncü qolunu vurub. Dörd dəqiqə sonra hücumçu Anis Mehmeti meydan sahiblərinin ilk qolunu. 90+1-ci dəqiqədə isə Çuba Akpom ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]