“Liverpul” 152 milyon avroluq transferə hazırlaşır

15-09-2026, 00:11           
“Liverpul” 152 milyon avroluq transferə hazırlaşır
“Liverpul” klubu gələn yay heyətini gücləndirmək üçün böyükmiqyaslı transferə hazırlaşır.

Tribuna.az xəbər verir ki, İngiltərə təmsilçisi “Bornmut” komandasının gənc hücumçusu Rayanı transfer etmək üçün klub rekordunu yeniləməyi nəzərdən keçirir.

​Braziliyalı futbolçunun xidmətində ciddi maraq olduğu bildirilir. 20 yaşlı oyunçunun müqaviləsində 2027-ci ildə qüvvəyə minəcək nəhəng — 130 milyon funt-sterlinq (152 milyon avro) məbləğində sərbəstqalma bəndinin olduğu qeyd olunur. “Liverpul” rəhbərliyinin bu bəndi aktivləşdirərək transferi reallaşdırmağa hazırlaşdığı vurğulanır./Offsideplus.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]