Ronaldu özündən çıxdı: "Bu, artıq futbol deyil"

14-09-2026, 15:08           
Ronaldu özündən çıxdı: "Bu, artıq futbol deyil"
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Liqasında "Ət-Taavun" və "Əl-Hilal" komandaları arasında keçirilən matçda baş verənlərdən narazılığını bildirib.

Bu barədə "A Bola" internet resursu xəbər verir.

"Ət-Taavun" azarkeşləri qonaq komandanın yarımmüdafiəçisi Ruben Neveşi "Jota, Jota" qışqıraraq təxribata çəkiblər. Bu, yarımmüdafiəçinin bir il əvvəl avtomobil qəzasında həlak olmuş ən yaxın dostlarından biri Dioqu Jotaya işarə idi.

"Liqa tədbir görməli və azarkeşlərin bu cür davranışını cəzalandırmalıdır. Bu, artıq futbol deyil və hədlər olmalıdır. Özünü bu cür aparan insanlara bir daha stadiona daxil olmağa icazə verilməməlidir", - deyə Ronaldu qeyd edib.

Xatırladaq ki, Dioqu Jota keçən ilin iyul ayında kiçik qardaşı ilə birlikdə avtomobil qəzasında həlak olub. O, Neveşlə birlikdə "Portu", "Vulverhempton" və Portuqaliya milli komandasında çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]