Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avrodan çox pul hara yoxa çıxıb?

11-09-2026, 17:18           
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avrodan çox pul hara yoxa çıxıb?
Kamerun Futbol Federasiyasının (FECAFOOT) keçmiş rəhbərliyi təşkilatın indiki prezidenti Samuel Eto'Onu Rusiya və Kamerun milli komandaları arasında keçirilən yoldaşlıq oyununa (1:0) görə əldə edilən pul vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham edib.

Bu barədə "The Times" nəşri xəbər verir.

Mənbənin verdiyi məlumata görə, "Barselona"nın keçmiş hücumçusu 2023-cü ilin oktyabrında Moskvada baş tutan Rusiya-Kamerun yoldaşlıq oyununun keçirilməsinə görə qonorar qismində şəxsi hesabına 455 056 və 112 514 avro məbləğində iki ödəniş alıb.

Vəsaitlər FECAFOOT üçün nəzərdə tutulsa da, federasiyanın hesabına daxil olmayıb. FECAFOOT rəhbərliyi bir ildən çox əvvəl Eto'Onun əməlləri ilə bağlı FIFA-nın Etika Komitəsinə şikayət edib, lakin araşdırmanın gedişatı barədə məlumat almayıb.

Eto'O futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Barselona", "İnter", "Anji", "Çelsi" və digər klublarda çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]