UEFA Çempionlar Liqası: "Qalatasaray"dan uğursuz start, "Liverpul"dan çətin qələbə - VİDEO
10-09-2026, 10:58
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun daha dörd matçı keçirilib.
Oxu.Az xəbər verir ki, turun maraqla gözlənilən qarşılaşması "Sportinq" və "Qalatasaray" komandaları arasında baş tutub.
Görüşün 5-ci dəqiqəsində Qonsalu İnasiu topu öz qapısından keçirərək İstanbul nəhəngini hesabda önə çıxarıb. Lakin portuqallar ardıcıl üç dəfə "Qalatasaray"ın qapısına yol taparaq meydandan qalib ayrılıblar - 3:1. Qalibiyyət qollarını Ceni Katamo (27), Luis Suares (57-ci dəqiqədə penaltidən) və Rodriqo Salasar vurublar.
Daha bir maraqlı matçda "Liverpul evdə "Atletiko Madrid"i qəbul edib. Görüş ingilislərin qələbəsi ilə yekunlaşıb - 2:1. "Liverpul"dan Dominik Soboslai (40) və Aleksis Mak Allister (50) fərqləniblər. İspanların yeganə qolunun müəllifi isə Markos Lyorente (77) olub.