Səudiyyə Ərəbistanı klubu Zubiri sifariş edə bilmədi, “Qarabağ”ın təzminatını ödəyəcəklərmi? – TƏFƏRRÜAT

10-09-2026, 08:44           
Səudiyyə Ərəbistanı klubu Zubiri sifariş edə bilmədi, “Qarabağ”ın təzminatını ödəyəcəklərmi? – TƏFƏRRÜAT
“Qarabağ”ın sabiq kapitanı Abdulla Zubirin Səudiyyə Ərəbistanının “Əl-Orobah” klubuna transferi baş tutmayıb. Milli liqa 34 yaşlı fransız futbolçunun müqaviləsini təsdiqləməyib.Səbəb kimi klubun maliyyə problemləri göstərilir.

Mətbuatda yayılan xəbərlərə görə, “Qarabağ” bu keçiddən 1,5 milyon avro qazanmalıydı. Ortaya sual çıxır ki, transfer baş tutmayıbsa, Zubir gerimi qayıdacaq, ödənişlə bağlı durum necə tənzimlənəcək.

Sportal.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ” Zubiri azad agent kimi buraxıb, ona görə qarşı tərəfdən pul almayıb. Belədə azad agent statusu alan Zubir gələcəyi ilə bağlı qərar verməkdə sərbəstdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]