“Qızıl top” mükafatına namizədlərin tam siyahısı MÜƏYYƏNLƏŞDİ

9-09-2026, 11:24           
“Qızıl top” mükafatına namizədlərin tam siyahısı MÜƏYYƏNLƏŞDİ
“France Football” jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən futbol üzrə “Qızıl top” mükafatına bütün namizədlərin adlarını açıqlayıb.

Tribuna.az xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb.

Siyahıda yer alan futbolçuları təqdim edirik:

Müdafiəçilər: Mark Kukurelya (“Real” Madrid), Pau Kubarsi (“Barselona”), Dayo Upamekano (“Bavariya”), Uilyam Saliba, Qabriel Maqalyaynş (hər ikisi “Arsenal”), Markinyos, Əşrəf Hakimi , Uilyam Paço, Nuno Mendeş (hamısı PSJ)

Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real” Madrid), Deklan Rays (“Arsenal”), Brunu Fernandeş (“Mançester Yunayted”), Joao Neveş, Vitinya, Fabian Ruiz (hamısı PSJ), Rodri (“Barselona”)

Hücumçular: Usman Dembele, Xviça Kvaratsxeliya, Ferran Torres (hamısı PSJ), Lamin Yamal (“Barselona”), Sadio Mane (“Əl-Nəsr”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real”), Erlinq Holann (“Mançester Siti”), Lionel Messi (“İnter Mayami”), Harri Keyn (“Bavariya”), Luis Dias (“Bavariya”), Maykl Olise (“Bavariya”), Xulian Kinyones (“Əl-Qadsiyə”).

Qeyd edək ki, bir klubdan ən çox futbolçunun namizəd göstərilməsi üzrə rekord PSJ-yə məxsusdur. Fransa təmsilçisindən 10 futbolçu “Qızıl top”a namizəd olub. 2025-ci ildə bu klubdan 9 futbolçu mükafata namizəd göstərilmişdi. Əvvəlki rekord isə 2018-ci ildə 8 futbolçu ilə İspaniyanın “Real” klubuna məxsus olub.

“Qızıl top” mükafatı “France Football” jurnalının sabiq baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. Mükafat ilk dəfə 1956-cı ildə İngiltərənin “Blekpul” klubunun hücumçusu Stenli Metyuza təqdim olunub. Həmin vaxt qalib futbol jurnalistlərinin səsverməsi ilə müəyyənləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]