“Qarabağ” növbəti qələbəsini qazandı

7-09-2026, 00:11           
“Qarabağ” növbəti qələbəsini qazandı
“Qarabağ” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi IV turda “Araz-Naxçıvan”ı məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib.

“Köhlən atlar”ın heyətində 8-ci dəqiqədə Joni Montiel, 67-ci dəqiqədə Renaldo Sefas, 89-cu dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların heyətində Luka Dumançiç 72-ci, Ağadadaş Salyanski 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının 9-a çatdıran “Qarabağ” üçüncü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir matçı da var. Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.

Günün ilk görüşündə “Turan Tovuz” “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “İmişli”ni (2:1), “Şamaxı” “Kəpəz”i (4:1), “Sabah” “Zirə”ni (5:0), “Neftçi” “Şəfa”nı (4:1) məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]