"Xetafe"nin qapıçısı İspaniya La Liqasında 33 illik rekordu qırdı

1-09-2026, 09:08           
"Xetafe"nin qapıçısı İspaniya La Liqasında 33 illik rekordu qırdı
"Xetafe"nin qapıçısı David Soriya İspaniya La Liqasının 3-cü turunda "Osasuna" ilə matçda (0:1) komandanın start heyətində meydana çıxaraq rekorda imza atıb.

Sport24.ru xəbər verir ki, Soriya üçün "Osasuna" ilə matç La Liqada start heyətində başladığı ardıcıl 193-cü görüş olub.

33 yaşlı qolkiper yarımmüdafiəçi Xuan Antonio Larranyaqanın 33 illik rekordunu yeniləyib. O, ilk dəqiqələrdən ardıcıl 192 matçda meydana çıxmışdı. Larranyaqa karyerası ərzində yalnız bir klubda - "Real Sosyedad"da (1980-1994-cü illər) çıxış edib.

Soriya "Real Madrid"in yetirməsidir. O, "Xetafe"yə 2018-ci ildə keçib. Ümumilikdə bu klubun heyətində 306 matç keçirib, 332 qol buraxıb, 101 oyunda isə qapısını toxunulmaz saxlayıb.

Soriya daha əvvəl "Sevilya"nın şərəfini qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]