15 yaşlı futbolçu Lamin Yamalın rekordunu yenilədi

18-08-2026, 10:38           
15 yaşlı futbolçu Lamin Yamalın rekordunu yenilədi
"Levante"nin futbolçusu Mark Santos Lamin Yamalın rekordunu yenilədi.

Bu barədə "Sport24.ru" saytı xəbər verir.

Santos La Liqanın I turunda "Espanyol"a qarşı keçirilən və "Levante"nin 0:3 hesabı ilə məğlub olduğu matçın 64-cü dəqiqəsində İvan Romeronun əvəzinə meydana daxil olub.

15 yaş 288 günlük olan sol cinah müdafiəçisi və İspaniyanın U-16 millisinin üzvü bununla təkcə klub tarixinin ən gənc debütantı olmayıb, həm də Lamin Yamalın göstəricisini düz iki gün üstələyib.

Bu nəticə ilə Santos 1933-cü ildə "Donostia"nın heyətində eyni yaşda debüt edən Pedro İrastorsa ilə birlikdə La Liqa tarixinin ən gənc üçüncü futbolçusu adına şərik olub.

Turnirin ən gənc debütantı isə 2019/2020 mövsümündə "Malyorka"nın formasında 15 yaş 219 günlük olarkən meydana çıxan Luka Romerodur. İkinci pillədə 1939/1940 mövsümündə "Selta"da 15 yaş 255 günlük olarkən debüt edən Sanson qərarlaşıb.

Bununla belə, Yamal başqa bir nailiyyətini qoruyub saxlayır. O, XXI əsrdə La Liqa matçının start heyətində meydana çıxan ən gənc futbolçudur. Yamal bunu 2023-cü ildə 16 yaş 38 günlük olarkən bacarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]