"Sizi parka aparırıq" dedilər, uşaq evinə qoyub getdilər - Futbolçunun AĞIR HƏYAT HEKAYƏSİ - VİDEO

12-08-2026, 10:38           
"Sizi parka aparırıq" dedilər, uşaq evinə qoyub getdilər -
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki qonağı futbolçu Fidan Cəfərova olub. Fidan Cəfərova uşaqlıq illərindən, iki bacısı ilə birlikdə uşaq evinə yerləşdirilməsindən və valideynləri ilə bağlı yaşadığı ağır hadisələrdən danışıb.

O bildirib ki, 9 yaşında olarkən iki bacısı ilə birlikdə valideynləri tərəfindən uşaq evinə yerləşdirilib: "Bizə dedilər ki, sizi parka aparırıq. Uşaq evinə gedəcəyimizi bilmirdik. Getdik, gördük ki, böyük bir binadır. Oraya daxil olduq və bizi qoyan kimi getdilər".

Fidan Cəfərova uşaq evində keçirdiyi ilk illərin onun üçün çox ağır olduğunu qeyd edib: "İki il mən onlarla heç danışmadım. Elə bil hər şey mənim üçün sönmüşdü, həyatım durmuşdu. Amma bir az sonra öyrəşdim".

Futbola da məhz uşaq evində yönləndirildiyini deyən Fidan Cəfərova əvvəlcə bu idman növünü sevmədiyini, məşqlərə ağlaya-ağlaya getdiyini bildirib. Futbolda ilk uğurlarından danışan futbolçu milli komandaya dəvət aldıqdan sonra bu sahəyə münasibətinin dəyişdiyini qeyd edib:

"Milli komandaya dəvət aldıqca işimin fərqinə varmağa başladım və dedim ki, bu iş mənim üçün artıq bir peşədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]