Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı

16-11-2026, 15:23           
Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı
Gəncədə nənəsinin evindən 100 min manatdan artıq dəyəri olan əşyaları oğurlayan nəvənin məhkəmə prosesi başa çatıb.

TEREF Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1995-ci il təvəllüdlü Ayxan Əliyev çıxarılıb.

Məlum olub ki, Ayxan nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsindən istifadə edərək onun evindəki bütün əşyaları oğurlayıb. O, şəhərin Nəriman Nərimanov prospektində yerləşən mənzilə daxil olaraq pərdələrdən tutmuş boşqablara qədər evdəki əşyaları götürüb və satıb.

Ümumilikdə 102 110 manatlıq oğurluq edən Ayxan Əliyev ittihamların bir qismi ilə razılaşmadığını bildirib. O, oğurluq etməsini çoxlu borcunun olması ilə əlaqələndirib.

Məhkəmədə ifadə verən nənəsi isə ona dəymiş ziyanın bir hissəsinin ödənildiyini, nəvəsi ilə barışdığını və ondan şikayətçi olmadığını deyib.

Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinən A.Əliyevə hökm oxunub. Hökmə əsasən, o, 5 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]