Vaşinqtonun mərkəzində atışma törədən şəxs həkim imiş - Video

13-11-2026, 17:04           
Vaşinqtonun mərkəzində atışma törədən şəxs həkim imiş - Video
Noyabrın 12-də Vaşinqtonun mərkəzində atışma törədən şəxsin yerli həkim Mett Lambert olduğu bildirilir. O, yaşadığı yaşayış kompleksinin rəhbərliyi ilə məhkəmə çəkişməsi aparırmış.

ABŞ mediası xəbər verir ki, bu barədə Vaşinqton polisi tərəfindən əldə edilən məlumatlarda qeyd olunub.

Məlumata görə, Lambert yaşadığı kooperativ binasının sakinlərinin birliyinin rəhbərliyini binanın fasadında aparılan təmirdən sonra mənzilində yaranan ciddi problemlərə, xüsusilə kondisioner və su təchizatı sistemlərindəki nasazlıqlara görə ittiham edib.

Tərəflər arasında bu məsələ ilə bağlı mübahisələr 2024-cü ilin payızından davam edib. Nəticədə Lambert 2025-ci ildə "Metropole" adlı yaşayış kompleksinin idarəedici şirkətinə qarşı məhkəməyə müraciət edib.

Məlumata əsasən, Lambert səhər saatlarında yaşadığı kompleksin idman zalında meneceri güllələyib, daha sonra isə dörd nəfəri yaralayıb. Yaralılardan birinin vəziyyəti kritik qiymətləndirilir.

Bundan sonra hücum edən şəxs mənzilində barrikada qurub. Polislə telefon vasitəsilə qısa danışıqlardan sonra isə intihar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]