Hegseth davranışı ilə özünü rüsvay etdi: Mühafizəçi Pentaqon rəhbərini əsgərin məzarı yanında güldüyünə görə danladı VİDEO
19-11-2026, 09:04
ABŞ ordusunun mühafizəçisi Pentaqon rəhbəri Pit Heqset və onun müşavirlərini Naməlum Əsgərin Məzarı yanında güldüklərinə görə xəbərdarlıq edib. CNN-in məlumatına görə, hadisə çərşənbə günü Arlinqton Milli Qəbiristanlığında baş verib. Veteranlar Günü mərasimindən sonra Heqset, həyat yoldaşı və onları müşayiət edən şəxslər abidənin qarşısında şəkil çəkdirib, sonra isə danışıb gülməyə başlayıblar.
"Bütün ziyarətçilərdən hər zaman sakit və hörmətcil qalmaq tələb olunur", - deyə silahlı mühafizəçi qışqırıb. Naməlum Əsgərin Məzarı ABŞ-ın ən müqəddəs yerlərindən biri hesab olunur və Birinci və İkinci Dünya Müharibələrində, eləcə də Koreya müharibəsində həlak olan Amerika hərbçilərinin qalıqları saxlanılır. 1948-ci ildən bəri fəxri qarovul onu bütün hava şəraitində 24 saat qoruyur. TEREF