Husilər Səudiyyə Ərəbistanının paytaxtına zərbə endirdilər - Video 12-11-2026, 12:43 Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar."Al Masirah" telekanalı xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının hərbi nümayəndəsi Yəhya Saria bildirib."Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə zərbə endirməyə nail olub", - o deyib.Sarianın sözlərinə görə, husilər həmçinin pilotsuz uçuş aparatları ilə Yənbu şəhəri yaxınlığındakı neft infrastrukturunu hədəfə alıblar. Facebook-da paylaş