Rəis Arif Abbasov həbs edilib - ŞOK TƏFƏRRÜAT

12-11-2026, 00:08           
Rəis Arif Abbasov həbs edilib - ŞOK TƏFƏRRÜAT
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasov həbs edilib.

TEREF xəbər verir ki, idarə rəisinin həbsinə səbəb Mingəçevirdəki “Hasil” adlı restoranda baş verən dava-dalaş olub.
Belə ki, bir neçə nəfərlə şəxsi mübahisə edən Arif Abbasov avtomobilindəki silahla qarşıdakıları vurmağa cəhd edib.
Lakin qarşı tərəfin cəld tərpənərək stəkanla ona zərbə endirməsi nəticəsində Arif Abbasov huşunu itirib.
Başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]