Rusiyada kuryoz olay: Qadın hücumdan xilas olmaq üçün dördüncü mərtəbədən tullandı

11-11-2026, 16:14           
Rusiyada kuryoz olay: Qadın hücumdan xilas olmaq üçün dördüncü mərtəbədən tullandı
Rusiyanın Perm diyarının Berezniki şəhərində 32 yaşlı qadın ona hücum edən şəxsdən xilas olmaq üçün dördüncü mərtəbənin eyvanından tullanıb və sağ qalıb.

Bu barədə REN TV telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, qadına hücum edən şəxs onu öldürməklə hədələyib və zorlamağa cəhd edib. Qadın hücum zamanı özünü eyvandan atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun əvvəllər dəfələrlə məhkum olunduğu bildirilir.

Hadisə ilə bağlı zorlamağa cəhd faktı üzrə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]