Polşada dəhşət: şübhəlinin evindən daha 3 meyit tapıldı – Yenilənib
8-11-2026, 12:54
israeli students attack warsaw varsava polis crime police cinayet ambulance ambulans polsa poland
Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, evdə iki qadın və bir kişinin meyiti tapılıb.
Tusk onların şübhəlinin yaxın ailə üzvləri olduğuna dair çoxsaylı əlamətlərin olduğunu deyib.
Qeyd edək ki, Polşanın Krakov şəhərində naməlum şəxsin insanlara atəş açması nəticəsində ölənlərin sayı altıya çatıb. Hadisə nəticəsində 15 nəfər yaralanıb. Yaralananlardan ikisi polis əməkdaşıdır.
***
Daxili işlər naziri faciəvi atışmadan sonra Krakovdakı vəziyyət barədə məni məlumatlandırır.
Globalinfo.Az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Donald Tusk X hesabında yazıb.
“Polis hücumun bütün hallarını araşdırır”, – Tusk bildirib.
Qeyd edək ki, naməlum şəxs Karakovda insanlara atəş açıb. Nəticədə 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.