İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb

Bu gün, 11:24           
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
İspaniyanın şimalındakı San-Sebastyan şəhərində xəstəxanada bir kişi meymunçiçəyi xəstəliyinə yoluxduqdan sonra vəfat edib.

İspaniya mediası xəbər verir ki, o, xəstəxanada eyni palatanı paylaşdığı digər kişidən yoluxub.

Məlumata görə, xəstənin immuniteti zəif olub.

"Donostiya xəstəxanasında müalicə alan 61 yaşlı kişi əvvəllər meymunçiçəyi kimi tanınan "mpox" xəstəliyindən vəfat edib", - xəstəxanadan qeyd edilib.

Regional səhiyyə departamentindən bildirilib ki, həmin kişi onkoloji xəstəliyə görə bir neçə həftə xəstəxanada olub.

Xəstəlik aşkarlandıqdan sonra müəssisə əlavə təhlükəsizlik tədbirləri görüb. Xəstələrlə təmasda olan, əsasən tibb işçilərindən ibarət 30-dan çox şəxs peyvənd edilib və nəzarət altında qalır. Xəstəxana nümayəndələri yeni yoluxma hallarının yaranmasını "son dərəcə az ehtimal olunan" hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]