Mask "SpaceXAI" şirkətinin adını dəyişəcəyini açıqladı

5-10-2026, 16:38           
Mask "SpaceXAI" şirkətinin adını dəyişəcəyini açıqladı
Amerikalı iş adamı İlon Mask "süni intellekt" əvəzinə "super intellekt" ifadəsinin istifadəsi ilə bağlı çağırışdan sonra "SpaceX"in süni intellekt bölməsinin adını dəyişəcəyini açıqlayıb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Mask "X" sosial şəbəkəsində istifadəçinin "SpaceXAI" adının "SpaceXSI" olaraq dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı sualını cavablandırıb.

O, sözügedən suala: "Bəli, bu dəyişikliyi edəcəyik", - cavabını verib.

Mask yeni adın nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabr ayında bundan sonra "süni intellekt" əvəzinə "super intellekt" ifadəsindən istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]