Rəssamın çürümüş meyiti tapıldı - 1 ay əvvəl ölübmüş

5-10-2026, 12:34           
Rəssamın çürümüş meyiti tapıldı - 1 ay əvvəl ölübmüş
1 ay əvvəl ölən rəssamın meyiti tapılıb.
TEREF Modern.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Moskvanın 4-cü Tverskaya-Yamskaya küçəsində qeydə alınıb.

Bir binanın çardağında yerləşən məkana baxış keçirilərkən, bir neçə həftə əvvəl vəfat etmiş rəssam, 85 yaşlı Şalva Bedoyevin çürümüş cəsədi tapılıb.

Şalva Yevgenyeviç Rusiya Federasiyasının Xalq artisti idi və uzun müddət Şimali Osetiya Rəssamlar İttifaqına rəhbərlik, həmçinin Xetaqurov adına Şimali Osetiya Universitetinin İncəsənət fakültəsində Təsviri sənət kafedrasına rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]