ABŞ Federal Təhqiqatlar Bürosunun axtardığı haker İordaniyada ələ keçirildi

4-10-2026, 10:08           
ABŞ Federal Təhqiqatlar Bürosunun axtardığı haker İordaniyada ələ keçirildi
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları barədə məlumatları oğurlamaqda şübhəli bilinən "ShinyHunters" haker qrupunun əsas üzvlərindən biri İordaniyada saxlanılıb.
"Reuters" xəbər verir ki, məsələ ilə tanış üç mənbə Seyf əl-Din Xaderin bu həftə İordaniya hakimiyyəti tərəfindən saxlanıldığını bildirib.

Mənbələrdən ikisinin sözlərinə görə, Xader FTB ilə əməkdaşlıq edir və qrupun digər hakerlərinin müəyyənləşdirilməsinə kömək göstərir.

Dünya
ABŞ Federal Təhqiqatlar Bürosuna haker hücumu: Əməkdaşların şəxsi məlumatları ələ keçirildi

Qurum konkret həbs və ya xaricdə aparılan əməliyyatla bağlı şərh verməyib.

Bununla belə, büro "ShinyHunters" ilə əlaqələndirilən son kiberinsidenti araşdırdığını və tərəfdaşları ilə əməkdaşlıq edərək artıq bir neçə şəxsin saxlanılmasına nail olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]