Rusiyada qeyri-adi hadisə: Küçədə brilyant üzük tapdı, barəsində cinayət işi açıldı

2-10-2026, 15:38           
Rusiyada qeyri-adi hadisə:
Rusiyanın Sankt-Peterburq şəhərində küçədə iri brilyant qaşlı üzük tapan qız onu özünə götürdükdən sonra oğurluqda ittiham olunaraq cinayət işinin fiqurantına çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin Vahid Mətbuat Xidmətinin rəhbəri Darya Lebedeva öz "Telegram" kanalında bildirib.

Məlumata görə, üzüyün sahibi kinoteatra getməzdən əvvəl avtomobildə əllərinə krem çəkmək üçün üzüyünü çıxarıb. Daha sonra avtomobildən düşərkən zinət əşyasını yerə salıb.

Lebedevanın sözlərinə görə, qadın həyat yoldaşı ilə kinoteatrda olarkən, Taisiya adlı qız Kronverk prospekti ilə gedib və üzüyü taparaq özünə götürüb.

Şübhəli barəsində ölkədən çıxmamaq barədə iltizam qətimkan tədbiri seçilib. O, külli miqdarda oğurluqda ittiham olunur. Cinayət əməli üzrə maksimum cəza 6 ilədək azadlıqdan məhrumetmədir.

Brilyant üzüyün dəyəri 852 min rubl (təxminən 17 370 manat) qiymətləndirilir. Daşın çəkisi isə 1.22 karatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]