Kürdəmirdə toya gələnlər xəstəxanalıq oldular: Zəhərlənənlərin sayı 90-ı keçdi, 23-ü uşaqdır - YENİLƏNİB 1-10-2026, 10:26 Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb.Müraciət edənlərdən 23-ü uşaqdır.Müraciət edənlərə ilkin tibbi yardım olunub, evə buraxılıblar.Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)00:54Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib."Report" bildirir ki, onlardan 7-si azyaşlıdır.Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.30 sentyabr, 23:12Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib."Report" xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş