Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

29-09-2026, 12:18           
Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər
Şəki Ağır Cinayətlər Məhkəməsində tanışlarını döyərək öldürməkdə təqsirləndirilən Hafiz Hacıyev və Rasim Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Hacıyev 10 il 6 ay, R.Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, hadisə ötən il oktyabrın 28-də Zaqatala rayonunun Yuxarı Tala kəndində baş verib. Kənd sakinləri - Hafiz Hacıyev, İskəndər Musayev və Rasim Abbasov kənd ərazisindəki "Görüş" kafesində yeyib-içiblər.

Məclisdə dostlar arasında mübahisə yaranıb və dava başlayıb. Dava zamanı H.Hacıyev və R.Abbasov İskəndər Musayevi döyüblər. Hadisə nəticəsində xəsarətlərlə xəstəxanaya yerləşdirilən İ.Musayev bir həftə sonra xəstəxanada ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən H.Hacıyev və R.Abbasov saxlanılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]