Azərbaycanda ŞOK: qadın qaşıqla keçmiş ərinin başını əzdi - TƏFƏRRÜAT

27-09-2026, 00:07           
Azərbaycanda ŞOK: qadın qaşıqla keçmiş ərinin başını əzdi - TƏFƏRRÜAT
Şəmkirdə keçmiş ərinə xəsarət yetirən qadına cinayət işi açılıb.

Hadisə gecə saatlarında onların yaşadıqları evdə baş verib.

İttiham aktına görə, 39 yaşlı Fəridə Məmmədova (şərti adla) oğlunun Rusiyada həbs olunmasına görə həmin ölkəyə getmək istəyib. Lakin onun keçmiş əri Nəsir (şərti adla) buna razı olmayıb. Bu səbəbdən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Fəridə qaz sobasının üzərində olan qaşıqla Nəsirin təpə nahiyəsinə zərbə vurub. Nəticədə Nəsirin başında əzilmiş yara əmələ gəlib.

Fakt əsasında Fəridə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

İyul ayında baş tutan məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də Fəridəyə qarşı şikayət və tələbinin olmadığını deyib. Hər iki tərəf məhkəmədən bunları nəzərə alaraq, cinayət işinə xitam verilməsini istəyib.

Şəmkir rayon Məhkəməsinin verdiyi hökmə əsasən, cinayət işinə xitam verilib və F. Məmmədova məsuliyyətdən azad olunub.

lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]