Hörmüz boğazında gəmiyə TORPEDO HÜCUMU: Ölən var

24-09-2026, 09:48           
Hörmüz boğazında gəmiyə TORPEDO HÜCUMU: Ölən var
Hörmüz boğazından keçən "MV Cape Dao" quru yük gəmisinə iki torpedo dəyib, bir Hindistan vətəndaşı ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Antiqua və Barbuda bayrağı altında üzən gəmi BƏƏ-nin Mina-Səqr limanından Hindistana doğru hərəkət edirdi. Yük gəmisi Oman yaxınlığından Hörmüz boğazı ilə keçirdi.

Torpedolar quru yük gəmisinin sol bortuna dəyərək yaşayış bölməsinə və mühərrik şöbəsinin bir hissəsinə ziyan vurub. Gəmidə 28 nəfər olub, onlardan 20-si Hindistan vətəndaşıdır. Ekipajın digər üzvləri təxliyə ediliblər.

Torpedoların kim tərəfindən buraxıldığı barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]