Azərbaycanda iş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi - TƏFƏRRÜAT

21-09-2026, 12:38           
Azərbaycanda iş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi - TƏFƏRRÜAT
Ağdaşda silahlı insident baş verib.
TEREF“Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]