Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

21-09-2026, 16:17           
Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib.

Gazeta.ru xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib.

44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb. O, meşədə yırtıcının hücumuna məruz qalıb.

Növbəti gün həlak olan şəxsin 46 yaşlı tanışı kişini axtarmağa gedib, lakin o da yırtıcının hücumuna məruz qalaraq həyatını itirib. Sonradan onların meyitləri hadisə yerində tapılıb.

Hücum edən yırtıcı zərərsizləşdirilib. Hazırda İstintaq Komitəsinin mütəxəssisləri hadisənin təfərrüatını araşdırırlar.

Qurum yerli sakinləri ayıların fəallıq dövründə özlərini əsassız riskə atmamaq üçün meşələrə getməməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]